AZ

Əməkdar artist: 47 ildə mənə baş rol verən olmayıb

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Əməkdar artist Nahidə Orucova açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aktrisa uzun illər sənətdə olmasına baxmayaraq, baş rolların ona həvalə edilməməsindən gileylənib. O, bildirib ki, 47 ildir səhnədə fəaliyyət göstərir və bu müddət ərzində addım-addım irəliləməyə çalışıb:

"Heç vaxt birdən-birə yüksəlmək istəməmişəm, hər zaman pillə-pillə qalxmağın tərəfdarı olmuşam".

Nahidə Orucova qeyd edib ki, teatrda əsasən qəhrəman (baş) və xarakterik rollar olur:

"Mənə daha çox xarakterimə və fakturama uyğun obrazlar verilib. Açığı, özüm də baş rollardan uzaq durmuşam".

Sənətçinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun fikirlərini anlayışla qarşılasa da, digərləri aktrisanın daha çox ön planda olmalı olduğunu düşünür.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
news.milli.az

2Mənbələr