Azərbaycanda qohum evliliyi hadisəsi qeydə alınıb.
"Yeni Sabah" Unikal-a istinadla xəbər verir ki, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladları, yəni xalaoğlu və xalaqızı evlənib.
Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi martın 27-də olub.
Evlənən cütlük Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.
Bələdiyyə sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib:
"Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".
Telegram kanalımız