EN

Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər

Azərbaycanda qohum evliliyi hadisəsi qeydə alınıb.

"Yeni Sabah" Unikal-a istinadla xəbər verir ki, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladları, yəni xalaoğlu və xalaqızı evlənib.

Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi martın 27-də olub.

Evlənən cütlük Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.

Bələdiyyə sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib:

"Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".


Telegram kanalımız
Chosen
1
25
yenisabah.az

10Sources