AZ

Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər

Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.

Doğru.az “Unikal”a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu – xalaqızı) evlənib.

Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.

Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.

Bələdiyyə sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib:

“Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın”.

DOĞRU.AZ

Seçilən
14
25
dogru.az

10Mənbələr