Xalq artisti Emin Ağalarovun atası, iş adamı, 70 yaşlı iş adamı Araz Ağalarov uzun illər evli olduğu İrina İosifovna ilə boşanıb.
O, subay həyatında uzun müddət qalmayıb və yenidən ailə qurub. İş adamının yeni həyat yoldaşı 27 yaşlı Alyona İvanovadır və o, artıq Ağalarova soyadını daşıyır.
Bizim.Media xəbər verir ki, bu barədə “starhit.ru” saytı yazıb.
Mənbənin yazdığına görə, Alyona sosial şəbəkələrdə və fərdi sahibkarlıq qeydiyyatında da soyadını dəyişib.
Həm Araz Ağalarov, həm də Alyona bu xəbəri hələlik şərh etməyiblər.
Alyona ictimaiyyətdən uzaq həyat tərzi sürür və sosial şəbəkə hesablarını qapalı saxlayır.
StarHit-in yayımladığı digər materialda Alyona İvanovanın Saratovdan olduğu və cütlüyün ümumi uşağının da olduğu iddia edilir.
Amma bu hissə də jurnal mənbələrinə əsaslanır, Araz Ağalarov tərəfindən açıq təsdiq verilməyib.

Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта