AZ

Araz Ağalarovun yeni həyat yoldaşı kimdir?

Xəbər verdyimiz kimi, "Crocus Grup" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan boşanıb və 27 yaşlı Alyona İvanova ilə rəsmi olaraq evlənib.

Publika.az Unikal-a istinadla xəbər verir ki, Araz Ağalarov və İrina uzun illər əvvəl ayrı yaşamağa başlayıblar. Hələ 1990-cı illərdə qadın qızı ilə birlikdə ABŞ-yə köçüb və o vaxtdan ailə faktiki olaraq ayrı yaşamağa başlayıb. Rəsmi boşanmanın nə vaxt baş verdiyi isə məlum deyil. Oğlu Emin Ağalarov 2023-cü ildə verdiyi açıqlamada valideynlərinin artıq birlikdə yaşamadığını qısaca qeyd etmişdi.

Ötən gün Ağalarovun boşanması ilə bağlı xəbərlər yayılıb. Ardınca isə onun yenidən evləndiyi məlum olub. Milyarderin seçimi 27 yaşlı Alyona adlı xanım olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, cütlük hələ 2019-cu ildən tanışdır.

Alyona Saratov şəhərində anadan olub və sadə ailədə böyüyüb. Məktəbi bitirdikdən sonra Moskvaya köçüb. Onun milyarderlə harada və hansı şəraitdə tanış olduğu isə açıqlanmır. Toydan görüntülər internetdə yayılmayıb, ehtimal olunur ki, mərasim yalnız yaxın çevrənin iştirakı ilə keçirilib.

Alyonanın şəxsi sosial şəbəkə hesablarını gizli saxlayır.

Seçilən
22
11
publika.az

10Mənbələr