Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib - FOTO - YENİLƏNİB 1
Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib.1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, dostları, incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər. 13:41Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, dövlət, hökumət nümayəndələri, media nümayəndələri iştirak edirlər.
Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək. *** 11:45 Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.
Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək. Qeyd edək ki, Rasim Balayev dünən İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.