AZ

Xalq artisti Rasim Balayev dəfn olundu

Ötən gün vəfat edən 77 yaşlı Xalq artisti Rasim Balayev dəfn olunub.

BAKU.WS xəbər verir ki, mərhum I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Onu dəfnində ailə üzvləri və xeyli sayda tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Rasim Balayev 1948-ci ilin avqustun 8-də Ağsuda doğulub. Aktyor "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" kimi filmlərdə tamaşaçıların yaddaşında silinməz iz buraxıb.

Xalq artisti 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

***13:49

Ötən gün vəfat edən Xalq artisti Rasim Balayev son mənzilə yola salınıb.

BAKU.WS xəbər verir ki, onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi yekunlaşıb.

Sənətkar son dəfə alqışlarla I Fəxri Xiyabana yola salınıb. Mərhum orada torpağa tapşırılacaq.

Qeyd edək ki, Türkiyədə vəfat edən aktyor uzun müddət idi səhhətində yaranan ciddi problemlərlə əlaqədar müalicə alırdı. O ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.

Rasim Balayev 1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb.

Aktyor həmçinin 1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

***13:31

Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi başa çatıb.

BAKU.WS xəbər verir ki, vida mərasimində Baş nazir Əli Əsədovla yanaşı, nazirlər, deputatlar, görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Mərasimin ardınca Xalq artistinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.

***13:12

Baş nazir Əli Əsədov Xalq artisti Rasim Balayevlə vida mərasimində iştirak edir.

BAKU.WS xəbər verir ki, mərhum sənətkarla vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir.

Qeyd edək ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.

***11:00

Ötən gün vəfat edən 77 yaşlı Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.

BAKU.WS xəbər verir ki, mərasim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil edilib.

Burada mərhumun ailə üzvləri, yaxınları, dostları və bir sıra tanınmış ictimaiyyət nümayəndələri iştirak edirlər.

https://www.youtube.com/live/YfGEqpn4hgc?si=ynYR8BGXLpbsylD0

Vida mərasimi bitdikdən sonra görkəmli aktyorun nəşi I Fəxri Xiyabana aparılacaq. Mərhum orada torpağa tapşırılacaq.

Xatırladaq ki, Xalq artisti uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib. Türkiyədə müalicə alan aktyor ötən gün səhər İstanbulda "Memorial" klinikada vəfat edib.

Rasim Balayev 70-dən çox bədii filmdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb. Onun zəngin yaradıcılıq yolu daima gənc aktyorlara məktəb və örnək olub.

Zöhrə Pənahi

Seçilən
11
1
far.az

10Mənbələr