Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.Aia.az xəbər verir ki, vida mərasimində görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.Qeyd edək ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.