RU

Xalq artisti Rasim Balayev ilə vida mərasimi keçirilir

BAKI, TurkicWorld

Ötən gün vəfat edən Xalq artisti Rasim Balayev ilə vida mərasimi keçirilir.

TurkicWorld xəbər veir ki, mərasim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil olunub.

Tədbirdə mərhumun ailə üzvləri, yaxınları, dostları, eləcə də bir sıra tanınmış ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra görkəmli aktyorun nəşi I Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.

Xatırladaq ki, Xalq artisti uzun müddət ağciyər xərçəngindən əziyyət çəkirdi. Türkiyədə müalicə alan aktyor ötən gün səhər İstanbulda yerləşən "Memorial" klinikasında vəfat edib.

Qeyd edək ki, "Babək", "Nəsimi", "Beyrək" kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 yaşında dünyasını dəyişib. Ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsində çalışan Rasim Balayev "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunub.

Избранный
13
34
turkic.world

10Источники