RU

Millimiz Syerra Leoneyə qarşı

Azərbaycan millisi “FIFA Series – 2026” çərçivəsində bu gün ikinci oyununa keçirəcək.

Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sumqayıtda Syerra Leone yığması ilə üz-üzə gələcək.  Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyun olacaq.

Matç saat 19:00-da start götürəcək.

Azərbaycan millisi hazırda FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur.

Xatırladaq ki, komandamız martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.

“FIFA Series – 2026”

30 mart

19:00. Azərbaycan – Syerra Leone

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Избранный
8
14
msport.az

10Источники