AZ

Azərbaycan millisi FİFA seriyasının qalibi oldu!

Futbol üzrə Azərbaycan millisi bu gün “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ikinci - final oyununa çıxıb. SİA xəbər verir ki, milli komandamız Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Syerra Leone yığması ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin tarixində Afrika təmsilçisinə qarşı ilk oyunudur. Gərgin qarşılaşmada penaltilər seriyasında milli komandamız 9:8 hesablı qələbə qazanaraq, FİFA seriyasının qalibi olub.

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Syerra Leone isə 119-cu yeri tutur.

Mətləb

Seçilən
8
1
sia.az

10Mənbələr