RU

“Tottenhem” İqor Tudorla yollarını ayırıb

Bakı. Trend:

İngiltərə Premyer Liqasının iddialı klublarından olan“Tottenhem” növbəti dəfə baş məşqçi böhranı ilə üzləşib.

Trend xəbər verirki, London təmsilçisi rəsmən İqor Tudorla yollarını ayırdığınıaçıqlayıb.

Klub rəhbərliyi son dövrlərdə qeydə alınan uğursuz nəticələr vəkomandanın turnir cədvəlindəki mövqeyindən narazı qaldığı üçün buqərarı verib. Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitamverildiyi bildirilib.

Rəsmi açıqlamaya əsasən, müvəqqəti olaraq komandaya məşqçilərkorpusunun üzvləri rəhbərlik edəcək. Britaniya mətbuatında isəartıq yeni baş məşqçi postuna namizədlərin adları hallanmağabaşlayıb və bir neçə tanınmış mütəxəssisin namizədliyi nəzərdənkeçirilir.

Qeyd edək ki, İqor Tudor komandaya fevralın 14-dən rəhbərlikedirdi və Premyer Liqa oyunlarında onun aktivində qələbə olmayıb.Komanda hazırda aşağı liqaya düşmə zonasından cəmi bir xal fərqləuzaqdadır.

Избранный
16
26
az.trend.az

10Источники