“Tottenhem” baş məşqçisi Iqor Tudorla yollarını ayırdığını açıqlayıb.
Msport.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Xorvatiyalı mütəxəssis fevralın 14-də London klubunun sükanı arxasına keçmişdi. Komanda onun rəhbərliyi altında 7 oyundan birində qələbə qazanıb, 5-də isə uduzub. “Tottenhem” Çempionlar Liqasında da 1\8 finalda mübarizəni dayandırıb.
“Tottenhem” Premyer Liqada 31 turdan sonra 30 xalla 17-ci yerdədir.