RU

KİV: Kürd birləşmələri İrana hücumda iştirak etsə, Türkiyə onlara zərbə endirəcək

KİV: Kürd birləşmələri İrana hücumda iştirak etsə, Türkiyə onlara zərbə endirəcək

Türkiyə ABŞ, İraq və kürd birləşmələrini xəbərdar edib ki, əgər kürd təşkilatları İrana qarşı əməliyyatlara cəlb olunarsa, Ankara hərbi tədbirlər görəcək.

AFN.az "Türkiye" qəzetinin məlumatına görə, İsrail kəşfiyyatı (Mossad) PKK və onun İran qanadı olan PJAK ilə danışıqlar apararaq, onları İrana qarşı "quru proksi qüvvələri" kimi istifadə etməyə çalışır.

Prezident Rəcəb Tayyib Ərdoğan Donald Trampla telefon danışığında bu məsələyə qəti etirazını bildirib. Həmçinin qeyd olunur ki, hazırda həbsdə olan Abdullah Öcalan da kürd rəhbərliyinə mesaj göndərərək "İsrailin tələsinə düşməməyə" və İrana müdaxilə etməməyə çağırıb.

Избранный
4
7
afn.az

9Источники