AZ

Türkiyə ABŞ-a xəbərdarlıq etdi: Onlar vurulacaq…

Türkiyə ABŞ, İraq və kürd silahlı qruplaşmalarına xəbərdarlıq edib ki, kürd təşkilatları İrana qarşı əməliyyatlarda iştirak edərsə, hərbi əməliyyatlara başlayacaq.

Doğru.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti mənbələrə istinadla məlumat yayıb. “İrana hücumların başlaması ilə İsrail PKK və onun İran qanadı olan PJAK-ın döyüşlərdə iştirakı ilə bağlı danışıqlar aparmağa cəhd göstərməyə başlayıb. Bu təşkilatların komandirləri ilə əlaqələr MOSSAD vasitəsilə saxlanılıb. Bu məlumatı aldıqdan sonra Türkiyə prosesə fəal şəkildə müdaxilə etməyə başlayıb”, – məlumatda bildirilib.

Qəzet yazıb ki, məsələ martın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidentiə Donald Tramp arasında telefon danışığı zamanı müzakirə olunub:

“Ərdoğan İranla müharibədə kürd qüvvələrinin istifadəsinə qəti şəkildə qarşı çıxıb. Kürd təşkilatlarının özlərinə deyilib ki, əgər onlar müharibədə iştirak etsələr, Türkiyə əvvəllər Suriyada olduğu kimi onları vuracaq”.

DOĞRU.AZ

Seçilən
9
2
dogru.az

9Mənbələr