AZ

Türkiyə: "PKK İrana qarşı döyüşərsə, vurulacaq"

Türkiyə:

Türkiyə ABŞ, İraq və kürd birləşmələrinə xəbərdarlıq edib ki, kürd təşkilatları İrana qarşı əməliyyatlara cəlb olunarsa, hərbi tədbirlər görəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, İrana hücumların başlaması ilə İsrail, Ankaranın terror təşkilatı kimi tanıdığı PKK və onun İran qanadı olan PJAK birləşmələri ilə onların quru proksi qüvvələri qismində hərbi əməliyyatlarda iştirakı barədə razılığa gəlməyə çalışır. Bu təşkilatların komandirləri ilə təmaslar "Mossad" kəşfiyyatı vasitəsilə həyata keçirilib. Bu cür məlumatları əldə edən Türkiyə prosesə aktiv müdaxilə etməyə başlayıb.

Nəşrin məlumatına görə, bu mövzu martın əvvəlində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub. Ərdoğan İrana qarşı müharibədə kürd birləşmələrindən istifadə olunmasına qəti şəkildə etiraz edib. Kürd təşkilatlarının özlərinə isə çatdırılıb ki, müharibədə iştirak edəcəkləri təqdirdə, Türkiyə tərəfi "əvvəllər Suriyada bir sıra transsərhəd əməliyyatları keçirdiyi kimi, nə olursa olsun, onlara zərbə endirəcək".

Bu məsələnin nizamlanmasında Türkiyə Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) iştirak edir. Onların rəhbərliyi İraq Kürdüstanı rəhbərliyi və İraq mərkəzi hökuməti ilə intensiv təmaslar saxlayır. Həmçinin, qəzetin qeyd etdiyi kimi, Türkiyə rəsmiləri Şimali İraqa səfərlər edərək Ankaranın prinsipial mövqeyini izah edib və kürd birləşmələrinin İrana hücumlarda iştirakı halında hərbi cavab verməyə hazır olduqları barədə bildiriş veriblər.

Bundan əlavə, "Türkiye" qəzeti qeyd edir ki, hazırda həbsdə olan PKK lideri Abdullah Öcalan da bu prosesə cəlb olunub. İddia olunur ki, o, təşkilatın Şimali İraqdakı rəhbərliyinə İranın işlərinə heç bir müdaxilənin olmaması barədə mesaj göndərib və onları "İsrailin tələsinə düşməmək" barədə xəbərdar edib.

Məryəm Quliyeva

Seçilən
28
2
xalqcebhesi.az

9Mənbələr