RU

Rusiya cəmiyyətində DÖZÜLMƏZ VƏZİYYƏT Nasist meylləri artır

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyada ukraynalılara və Kremlin kursu ilə razılaşmayan hər kəsə qarşı illərlə formalaşdırılan nifrət, cəmiyyətin, xüsusilə də uşaqların və yeniyetmələrin hərbiləşdirilməsi ölkə üçün təhlükəli nəticələr doğurur.Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph yazıb.Mənbə qeyd edir ki, Rusiya cəmiyyəti məişət zəminində və ideoloji çalarlı genişmiqyaslı zorakılıq dalğasının astanasındadır.Nəşr bildirir ki, son illərdə məktəblərdə şagirdlərin sinif yoldaşlarına və müəllimlərə qarşı amansız hücumları artıb.

 

Bu hücumlarda bıçaq, çəkic, yandırıcı qarışıqlar, bəzən isə odlu silahdan istifadə olunub. Qeyd olunur ki, hücum edənlərin bir qismi siyasi baxışlarını, əsasən də ultrasağ və nasist meyllərini açıq nümayiş etdirib.

Məsələnin miqyası o həddə çatıb ki, buna Rusiya Prezidenti Vladimir Putin də Daxili İşlər Nazirliyinin kollegiya iclasında diqqət çəkib.The Moscow Times nəşrinin hesablamalarına görə, 2000-ci ildən bəri Rusiya məktəblərində belə 117 zorakılıq hadisəsi baş verib.Bu rəqəmin yarısı isə son beş ilin payına düşür.

 

Məqalədə qeyd edilir ki, zorakılıq dalğasının ideoloji köklərinə dolayısı ilə işarə edən məqamlardan biri də müəllimlərə potensial təhlükəli şagirdləri müəyyənləşdirmək üçün verilən təlimatlardır.

Şübhə meyarlarından biri yeniyetmənin tarix və ictimaiyyətşünaslığa maraq göstərməsi sayılır.Rusiya rəsmiləri isə zorakılığın səbəblərini fərqli izah edirlər.Məsələn, Dövlət Dumasının sədri Vyaçeslav Volodin hesab edir ki, svastika simvollu geyimlərdə olan yeniyetmələr həmyaşıdlarını video oyunlar və LGBT səbəbindən öldürürlər.Oxşar fikirləri digər rəsmilər də səsləndiriblər.Lakin The Telegraph-a danışan müstəqil ekspertlər əsas səbəb kimi, xüsusilə Ukraynaya qarşı genişmiqyaslı müharibədən sonra məktəblərin hərbiləşdirilməsini göstəriblər.

 

Polşadakı Piletski İnstitutunun totalitarizm araşdırmaları üzrə professoru, “Nəsil Z” kitabının müəllifi Yan Qarner bildirib ki, Rusiyada gənclər arasında faşizmi doğuran əsas səbəblərdən biri məktəblərdə hökm sürən xüsusilə zorakı mühitdir.

Onun sözlərinə görə, yeniyetmələr müharibə haqqında öyrənir, veteranların Ukrayna cəbhəsində baş vermiş qətllər və zorakılıq barədə hekayələrini eşidirlər.Qarner hesab edir ki, bir çoxları Rusiyada insanların müharibədən uzaq olduğunu düşünsə də, əslində müharibə onların evinə qayıdır.

 

Ekspertlər qeyd edirlər ki, yeniyetmələrin şəxsi düşmən və ya sosial baxımdan “başqa” hesab etdikləri insanlara qarşı törətdikləri “reflektiv zorakılıq aktları” dövlətin xarici təhlükə ilə bağlı narrativləri ilə üst-üstə düşür və bu, hərbi təbliğatın uşaqların və yeniyetmələrin şüuraltısına hopduğunu göstərir.

Məqalədə xatırladılır ki, Kremlin Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra SSRİ-nin Əfqanıstan müharibəsindən sonrakı taleyinə bənzər ictimai narazılıq dalğası ilə üzləşməkdən ehtiyatlanaraq internet üzərində nəzarəti gücləndirdiyi də bildirilir.Rusiya hakimiyyəti bu addımları təhlükəsizliklə izah etsə də, paralel şəkildə xüsusi xidmət orqanlarının səlahiyyətlərini genişləndirən və repressiv nəzarəti artıran qanunlar qəbul edilir.Ekspertlər və diplomatlar hesab edirlər ki, bu, mümkün etirazlara hazırlıq məqsədi daşıyan daha geniş strategiyanın tərkib hissəsidir. Məqsəd Çin və İran təcrübəsindən yararlanaraq əhali üzərində nəzarəti möhkəmləndirmək və müharibənin gedişindən asılı olmayaraq rejimin sabitliyini qorumaqdır.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
50
bizim.media

10Источники