Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İran tərəfindən İsrail ərazisində yerləşən Neot-Hovav sənaye zonası raket hücumuna məruz qalıb.
BAKU.WS xəbər verir ki, zərbə "ADAMA" şirkətinə məxsus zavodu hədəf alıb. Şirkətin açıqlamasında bildirilib ki, obyektə raket və ya onun qalıqları dəyib.
Hücum nəticəsində xəsarət alanların olmadığı qeyd edilsə də, hadisə yerində yanğın baş verdiyi bildirilib.
Qeyd olunub ki, zavoda dəyən ziyanın miqyası hələ də dəqiqləşdirilir. "ADAMA" şirkəti "Syngenta Group" tərkibində fəaliyyət göstərir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.