RU

"2022-də Putinə yox dedik, indi də ABŞ-a yox deyirik"

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Serhiy Leşşenko rəsmi Kiyevin müharibənin dayandırılması ilə bağlı təqdim olunan kənar şərtləri və ultimatumları qəbul etməyəcəyini kəskin şəkildə bəyan edib.

"Ölkə.az" xəbər verir ki, Leşşenko Ukraynanın 2022-ci ildə Rusiya prezidenti Vladimir Putinin ultimatumunu rədd etdiyini xatırladaraq, eyni prinsipial mövqeyin hazırda ABŞ tərəfindən gələn təzyiqlərə qarşı da sərgilənəcəyini bildirib. O vurğulayıb ki, Ukraynanın hərbi sənayesi sürətlə inkişaf edir və ölkə artıq 2026-cı ildə özünün dron və artilleriya ehtiyaclarını tam şəkildə daxili istehsal hesabına təmin etmək iqtidarında olacaq.

Leşşenkonun sözlərinə görə, hərbi sahədəki bu müstəqillik Ukraynaya diplomatik masada daha güclü olmağa və öz milli maraqlarını qorumağa imkan verir. "Ukrayna müdafiə sənayesinin hansı səviyyədə olduğunu və ən əsası, ukraynalıların milli qürurunun nə dərəcədə sarsılmaz olduğunu hər kəs anlamalıdır", – deyə müşavir əlavə edib. Analitiklər bu çıxışı son vaxtlar Vaşinqtondan gələn və Ukraynanı ərazi güzəştlərinə vadar edən mümkün sülh planlarına qarşı Kiyevin açıq müqaviməti kimi qiymətləndirirlər.

Ekspertlər hesab edirlər ki, Ukraynanın 2026-cı il hədəfləri – illik 35 milyard dollarlıq silah istehsalı potensialı və ayda 40-dan çox "Bohdana" özüyeriyən artilleriya qurğusunun istehsalı – ölkəni kənar hərbi yardımlardan asılılığı minimuma endirməyə və öz şərtlərini diktə etməyə hazırlayır.

Избранный
11
3
olke.az

10Источники