RU

Kuba lideri Livanda jurnalistlərin öldürülməsinə reaksiya verdi

BAKI, 29 mart. TELEQRAF

Kuba Prezidenti Migel Dias-Kanel Livanın cənubunda jurnalistlərin öldürülməsi ilə bağlı açıqlama verərək həlak olanların ailələrinə başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə Migel Dias-Kanel sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, "Al Mayadeen" və "Al Manar" telekanallarının jurnalistlərinin Livanın cənubunda öldürülməsi “İsrailin sionist rejiminin alçaq hərəkətidir”. Kuba lideri bildirib ki, bu hadisə müharibənin dəhşətləri barədə məlumat verən insanlara qarşı yönəlmiş hücumdur.

Migel Dias-Kanel qeyd edib ki, jurnalistlər Fatima Ftouni, Mohammad Ftouni və Ali Şueyb Livanın cənubunda həlak olublar. O, həlak olanların ailələrinə və həmkarlarına dərin hüznlə başsağlığı verdiyini və Kubanın dəstəyini ifadə etdiyini vurğulayıb.

Избранный
22
36
teleqraf.com

10Источники