RU

ABŞ İrana "yekun zərbə"yə HAZIRLAŞIR: İranın hərbi gücü NƏ VƏZİYYƏTDƏDİR...

ABŞ və İsrailin başlatdığı genişmiqyaslı hücumların ilk həftələrində İran ordusuna ağır zərbələr vurulsa da, Tehran hələ də ciddi müqavimət göstərmək qabiliyyətini qoruyub saxlayır.

Musavat.com "Axios"a istinadən xəbər verir ki, Ağ Ev və Pentaqon yaxın günlərdə Yaxın Şərqə ən azı 10 min əlavə döyüş hərbçisi göndərməyi planlaşdırır.

Nəşrin məlumatına görə, ABŞ ordusu "yekun zərbə" üçün hərbi planlar hazırlayır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, quru qoşunlarının döyüşə cəlb edilməsi müharibənin miqyasını daha da genişləndirə bilər.

Donald Trampın müharibənin faktiki olaraq bitdiyini iddia etməsinə baxmayaraq, İran həm İsrailə, həm də Körfəz ölkələrinə zərbələr endirməyə davam edir. Eyni zamanda, Hörmüz boğazının bağlı qalması qlobal neft və qaz qiymətlərinə mənfi təsir göstərir.

İsrailin hücumları nəticəsində İranın 7 yüksək rütbəli müdafiə və kəşfiyyat rəsmisi, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanı Məhəmməd Pakpur daxil olmaqla 30-a yaxın hərbi və mülki rəhbər hədəf alınıb. Son olaraq İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin öldürüldüyü bildirilir.

Raket və PUA arsenalı

Pentaqon rəsmiləri İranın raket və dron istehsalı müəssisələrinin, həmçinin limanlarının 66%-nin məhv edildiyini bildirirlər. İsrail isə İranın 470 ballistik raket buraxılış qurğusundan 330-nu sıradan çıxardığını iddia edir. Lakin analitiklər xəbərdarlıq edir ki, hücumların azalması ehtiyatda olan silahların gələcək daha böyük zərbələr üçün saxlanılması mənasına da gələ bilər. Xüsusilə ucuz və istehsalı asan olan "Şahed" dronlarının aşkarlanması və məhv edilməsi raketlərə nisbətən daha çətindir.

ABŞ Müdafiə Naziri Pit Heqset fevralın sonundan bu yana 150-dən çox İran gəmisinin batırıldığını açıqlayıb. Hazırda ABŞ-nin Xarq adasına mümkün quru hücumu gündəmdədir. İran tərəfinin buna cavab olaraq adaya əlavə qüvvə və hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi bildirilir.

Analitiklər qeyd edirlər ki, ABŞ və İsrail havadan nə qədər güclü zərbələr endirsə də, İranın yeraltı bunkerləri və Körfəzdə gəmiləri sıxışdıran yüzlərlə kiçik sürətli katerləri tamamilə məhv etmək demək olar ki, qeyri-mümkündür.

Musavat.com

Избранный
33
50
musavat.com

10Источники