Kosovonun baş naziri Albin Kurti milli komandaya DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacağı halda ciddi mükafat vəd edib.
QOL.az bu haqda Kosovo mənbələrinə istinadən xəbər yayıb.
Baş nazir bildirib ki, komanda mundila vəsiqə qazansa, milliyə 1 milyon avro mükafat veriləcək.
Qeyd edək ki, Kosovo millisi martın 31-i Priştinada keçiriləcək pley-off-un finalında Türkiyə ilə qarşılaşacaq.
Xatırladaq ki, Kosovo hökuməti daha əvvəl yığmanı dünya çempionatının pley-off mərhələsinə yüksəlməsinə görə 250 min avro, yarımfinalda Slovakiyaya qalib gəldiyinə görə 500 min avro ilə mükafatlandırıb.