Ermənistan və Belarus milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.
QOL.az xəbər verir ki, İrəvanda baş tutan matçda Belarus seçməsi 2:1 hesablı qələbə qazanıb.
Ermənistan - Belarus - 1:2
Qollar: V.Biçaxçyan, 88-pen. – Y.Yablonski, 8, Q.Barkovski, 72
Qeyd edək ki, hər iki komanda gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-dan kənarda qalıb. Seçmə mərhələnin nəticələrinə görə, Belarus C qrupunda 2 xalla, Ermənistan isə F qrupunda 3 xalla dördüncü pillədə qərarlaşaraq mundiala vəsiqə qazana bilməyiblər.