RU

Yağıntı aylıq normanı 2.5 dəfə keçib

Bakıda yağan yağışın miqdarı aylıq normanın 247 faizini təşkil edib.

Vaxt.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin bu barədə yaydığı məlumata görə, martın 27-si saat 22:00-a olan göstəricilərə əsasən, paytaxt və Abşeron yarımadasında intensiv yağıntılar davam edir.

Qeyd olunub ki, yağıntının miqdarı 58 mm qeydə alınıb.

Bildirilib ki, martın 28-i ərzində də yağışlı hava davam edəcək, bəzi ərazilərdə isə intensiv xarakter alacaq.

Eyni zamanda, güclü yağıntılar səbəbindən bəzi yerlərdə subasma hallarının davam edəcəyi gözlənilir.

Proqnoza əsasən, martın 29-u gündüz saatlarından etibarən yağıntı tədricən kəsiləcək.

Избранный
8
5
vaxt.az

7Источники