AZ

Bakıda yağıntı aylıq normanı dəfələrlə üstələyib

Bakıda yağan yağışın miqdarı aylıq normanın 247 faizini təşkil edib.

Heftelik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, martın 27-si saat 22:00-a olan göstəricilərə əsasən, paytaxt və Abşeron yarımadasında intensiv yağıntılar davam edir.

Qeyd olunub ki, yağıntının miqdarı 58 mm qeydə alınıb.

Bildirilib ki, martın 28-i ərzində də yağışlı hava davam edəcək, bəzi ərazilərdə isə intensiv xarakter alacaq.

Eyni zamanda, güclü yağıntılar səbəbindən bəzi yerlərdə subasma hallarının davam edəcəyi gözlənilir.

Proqnoza əsasən, martın 29-u gündüz saatlarından etibarən yağıntı tədricən kəsiləcək.

Seçilən
0
4
heftelik.az

5Mənbələr