RU

"Hansı rəqib olursa-olsun, qalib gəlməliyik" - Emin Mahmudov

Millimizin kapitanı Emin Mahmudov “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə keçirəcəkləri oyun haqqında danışıb.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib:

"Bu, bizim 2026-cı ildə ilk oyunumuzdu. Çalışacağıq ki, yaxşı çıxış edək. Nəticə bizim üçün vacibdi. Qələbə qazanmaq istəyirik".

O, matçın çətinliyi barədə bunları söyləyib:

"Çətin deyəndə ki, milli səviyyəsində asan oyun olmur. Özümüz də qələbə qazana bilmirik. O seriyanı bitirmək vacibdi. Hansı rəqib olursa-olsun, qalib gəlməliyik".
Избранный
64
44
football-plus.az

10Источники