AZ

Azərbaycan millisi 16 oyun sonra qələbə qazandı

Azərbaycan milli komandası “FIFA Series-2026” beynəlxalq turnir çərçivəsində ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya seçməsini 5:1 hesabı ilə məğlub edib.

Millimizin heyətində Emin Mahmudov (2-ci dəqiqədə penaltidən), Rəhim Sadıxov (21), Musa Qurbanlı (37), Toral Bayramov (64), Vüsal İsgəndərli (86), eləcə də Rüstəm Əhmədzadə (89) fərqləniblər.

Rəqibin yeganə qolunu 52-ci Donovan Filipp penaltidən vurub.

Bununla da Azərbaycan yığması 16 oyun sonra qələbəyə sevinib. Təmsilçimiz son olaraq 2024-cü ilin iyununda Qazaxıstanı yoxlama matçında üstələmişdi.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu martın 30-da Syerra-Leone komandasına qarşı keçirəcək.

Seçilən
34
teleqraf.com

1Mənbələr