“NomadMania” klubunun təsisçisi Harry Mitsidisin rəhbərlik etdiyi beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdama gəliblər.
APA-nın xəbərinə görə, səyyahlar Ağdam Cümə məscidi və Çörək muzeyinin qalıqları ilə tanış olublar.
Onlara işğal dövründə törədilən dağıntılar və aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.