AZ

Beynəlxalq səyyahlar Ağdam Cümə məscidində olublar YENİLƏNİB 1 FOTO

ain.az bildirir, Apa.az portalına istinadən.

"NomadMania” klubunun təsisçisi Harry Mitsidisin rəhbərlik etdiyi beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdama gəliblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, səyyahlar Ağdam Cümə məscidi və Çörək muzeyinin qalıqları ilə tanış olublar.

Onlara işğal dövründə törədilən dağıntılar və aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

***

11:50

“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, onlar səfər çərçivəsində Ağdam şəhərinə gəliblər.

Beynəlxalq səyyahlar işğaldan azad olunmuş Ağdam şəhərində burada həyata keçirilən tikinti-quruculuq işləri və tarixi məkanlarla tanış olacaqlar.

***

10:31

Bu gündən “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır.

APA-nın yerli bürosu xəbər verir ki, bu dəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.

Qeyd edək ki, “NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
13
apa.az

10Mənbələr