İran Trampın atəşkəs təklifini qəbul etməyib.
News365.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, rəsmi Tehran müharibənin bitmə tarixinin və şərtlərinin yalnız İran tərəfindən müəyyən edilə biləcəyini ABŞ tərəfinə çatdırıb:
“İran ABŞ prezidentinə müharibənin nə vaxt bitəcəyini diktə etməyə imkan verməyəcək. İran müharibəni özü qərar verdiyi zaman və yalnız öz şərtləri yerinə yetirildikdə bitirəcək”.
Qeyd olunub ki, Tehran tələbləri yerinə yetirilənədək müdafiəni davam etdirmək və düşmənə ağır zərbələr endirmək niyyətindədir:
“Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışıb və Tehran tərəfinə həddi aşan, eyni zamanda ABŞ-ın döyüş meydanındakı uğursuzluqları ilə uyğun gəlməyən təkliflər irəli sürüb”.