İran Trampın atəşkəs təklifini qəbul etməyib, öz şərtlərini irəli sürüb.
Leqal.info xəbər verir ki, bu barədə İran hökumətinin rəsmisi Press TV-yə danışıb.
Mənbənin məlumatına əsasən, rəsmi Tehran müharibənin bitmə tarixinin və şərtlərinin yalnız İran tərəfindən müəyyən edilə biləcəyini ABŞ tərəfinə çatdırıb.
“İran ABŞ prezidentinə müharibənin nə vaxt bitəcəyini diktə etməyə imkan verməyəcək. İran müharibəni özü qərar verdiyi zaman və yalnız öz şərtləri yerinə yetirildikdə bitirəcək”, - Press TV-yə danışan iranlı rəsmi vurğulayıb.
O həmçinin qeyd edib ki, Tehran tələbləri yerinə yetirilənədək müdafiəni davam etdirmək və düşmənə “ağır zərbələr” endirmək niyyətindədir.
Rəsminin sözlərinə əsasən, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışıb və Tehran tərəfindən “həddi aşan” və ABŞ-ın döyüş meydanındakı uğursuzluqları ilə uyğun gəlməyən təkliflər irəli sürüb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta