RU

Konor Makqreqor idmana QAYITDI: Elan etdi

İki divizionlu keçmiş "Ultimate Fighting Championship" (UFC) çempionu Konor Makqreqor antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edildikdən sonra idmana qayıtdığını rəsmi olaraq elan edib.

Azreform.info xəbər verir ki, bu barədə döyüşçü "Instagram" hesabında məlumat yayıb.

"Şayiələr doğrudur! Cənab Confident döyüşü xilas etmək üçün geri qayıdıb", - deyə o yazıb.

Qeyd edək ki, 37 yaşlı Makqreqor qarışıq döyüş sənətlərində 22-6 hesabı ilə rekorda malikdir. O, əvvəllər yüngül çəkidə UFC çempionluq kəmərlərinə sahib olub. 2024-cü ildə üç dəfə dopinq testlərindən keçə bilməyib. Makqreqorun hərəkətləri qayda pozuntusu hesab edilib və 20 mart 2026-cı ilə qədər 18 ay müddətinə diskvalifikasiya edilib. Belə bir qayda pozuntusu üçün standart olaraq yarışlardan kənarlaşdırılma iki ildir, lakin Makqreqorun cəzası bir sıra yüngülləşdirici hallara görə azaldılıb.

Избранный
5
7
azreform.info

8Источники