AZ

Konor Makqreqor idmana qayıtdı: Elan etdi

İki divizionlu keçmiş "Ultimate Fighting Championship" (UFC) çempionu Konor Makqreqor antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edildikdən sonra idmana qayıtdığını rəsmi olaraq elan edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə döyüşçü "Instagram" hesabında məlumat yayıb.

"Şayiələr doğrudur! Cənab Confident döyüşü xilas etmək üçün geri qayıdıb", - deyə o yazıb.

Qeyd edək ki, 37 yaşlı Makqreqor qarışıq döyüş sənətlərində 22-6 hesabı ilə rekorda malikdir. O, əvvəllər yüngül çəkidə UFC çempionluq kəmərlərinə sahib olub. 2024-cü ildə üç dəfə dopinq testlərindən keçə bilməyib. Makqreqorun hərəkətləri qayda pozuntusu hesab edilib və 20 mart 2026-cı ilə qədər 18 ay müddətinə diskvalifikasiya edilib. Belə bir qayda pozuntusu üçün standart olaraq yarışlardan kənarlaşdırılma iki ildir, lakin Makqreqorun cəzası bir sıra yüngülləşdirici hallara görə azaldılıb.

"Cebheinfo.az"

Seçilən
0
7
cebheinfo.az

8Mənbələr