RU

Biləsuvarda ağır qəza: 4 nəfər yaralandı

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. İki minik minik avtomobilinin toqquşması nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan və Biləsuvar rayon xəstəxanalarına aparılıblar. Hər iki avtomobil hadisə zamanı Astara istiqamətində hərəkətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
9
3
buta.tv

10Источники