AZ

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosunun məlumatına görə, qəza Zərdab–Kürdəmir yolunun rayonun Əlvənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq yoldan kənara aşıb və su kanalına düşüb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı həyatını itirib, 4 nəfər – Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəlimov isə xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Bizim.Media, Aran bürosu

Seçilən
10
22
bizim.media

10Mənbələr