Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. İki minik minik avtomobilinin toqquşması nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan və Biləsuvar rayon xəstəxanalarına aparılıblar. Hər iki avtomobil hadisə zamanı Astara istiqamətində hərəkətdə olub. Faktla bağlı araşdırma aparılır.