RU

Əflatun Amaşov qəzaya düşdü

14:26 25.03.2026
14:26 25.03.2026

Sabiq deputat, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qəzaya düşüb.

Mynews.az xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb. Qəza ilə bağlı yayılan videoda bir maşının aşdığı, Ə.Amaşovun isə yerdə yaralı vəziyyətdə olan şəxsin yanında dayandığı görünür.

Hadisə ilə əlaqədar eks-deputatın oğlu Orxan Amaşov “Yeni Sabah”a bildirib ki, hazırda atasının səhhəti yaxşıdır: “Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.


Избранный
11
12
mynews.az

10Источники