AZ

Əflatun Amaşov qəza keçirdi - Xəstəxanaya aparıldı

Sabiq deputat, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qəzaya düşüb.


Manset.az xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb. Qəza ilə bağlı yayılan videoda bir maşının aşdığı, Ə.Amaşovun isə yerdə yaralı vəziyyətdə olan şəxsin yanında dayandığı görünür. 

Hadisə ilə əlaqədar eks-deputatın oğlu Orxan Amaşov Yeni Sabah-a bildirib ki, hazırda atasının səhhəti yaxşıdır: “Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.


Seçilən
4
15
manset.az

10Mənbələr