RU

Qustavo Petro: Kolumbiyadakı təyyarə qəzasında bir nəfər ölüb, 77 nəfər xilas edilib

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfərin həlak olduğu təsdiqlənib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hazırda 77 yaralı xəstəxanaya çatdırılıb, bir nəfər həlak olan var. Daha 43 nəfərin taleyi araşdırılır", - o yazıb.

Bundan əvvəl Kolumbiya HHQ-nin komandanı Karlos Silva Rueda qəzaya uğrayan "Hercules C-130" təyyarəsinin göyərtəsində 114 sərnişin və 11 heyət üzvünün olduğunu bildirmişdi.

*** 22:18

Göyərtəsində 110-dan çox insanın olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğramasından sonra 57-yə yaxın hərbçi xilas edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bundan əvvəl yerli hakimiyyət orqanlarının nümayəndəsi Karlos Arbey Klaros "Caracol" telekanalının efirində 30-a yaxın hərbçinin xəstəxanalara çatdırıldığını bildirmişdi.

Həlak olanların sayı barədə hələlik dəqiq məlumat verilmir. Axtarış-xilasetmə əməliyyatı davam edir.

*** 21:12

Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə aid "Hercules C-130" təyyarəsi qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, qəza ölkənin cənubunda Putumayo əyalətində baş verib.

"Caracol" radiostansiyasının yaydığı məlumata əsasən, təyyarə Puerto-Legisamo bələdiyyəsindəki bazadan havaya qalxarkən baş verib.

Kolumbiyanın müdafiə naziri Pedro Sançes qeyd edib ki, hazırda hadisə yerində hərbi xilasetmə qrupları və ekspertlər işləyirlər:

"Hələlik ölənlərin dəqiq sayı və qəzanın səbəbləri barədə rəsmi məlumat vermək mümkün deyil".

Избранный
23
3
far.az

10Источники