Göyərtəsində 110-dan çox insanın olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğramasından sonra 57-yə yaxın hərbçi xilas edilib.
Far.Az report-a istinadən xəbər verir ki, bundan əvvəl yerli hakimiyyət orqanlarının nümayəndəsi Karlos Arbey Klaros "Caracol" telekanalının efirində 30-a yaxın hərbçinin xəstəxanalara çatdırıldığını bildirmişdi.
Həlak olanların sayı barədə hələlik dəqiq məlumat verilmir. Axtarış-xilasetmə əməliyyatı davam edir.
*** 21:12
Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə aid "Hercules C-130" təyyarəsi qəzaya uğrayıb.
Far.Az xəbər verir ki, qəza ölkənin cənubunda Putumayo əyalətində baş verib.
"Caracol" radiostansiyasının yaydığı məlumata əsasən, təyyarə Puerto-Legisamo bələdiyyəsindəki bazadan havaya qalxarkən baş verib.
Kolumbiyanın müdafiə naziri Pedro Sançes qeyd edib ki, hazırda hadisə yerində hərbi xilasetmə qrupları və ekspertlər işləyirlər:
"Hələlik ölənlərin dəqiq sayı və qəzanın səbəbləri barədə rəsmi məlumat vermək mümkün deyil".