RU

“Elə vəziyyətdəyəm ki, onun qəbrini də ziyarət edə bilmirəm” “Dəli Kür”ün Mələyi

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Novruz yeganə bayramdır ki, mən onu əsl bayram hesab edirəm. Çünki martın 20-si il təhvil olanda mənim qızım dünyaya gəlib. Həmçinin həyat yoldaşım, Xalq artisti Yusif Vəliyev də martın 22-si doğulub. Buna görə də mənim üçün Novruz ən əziz bayramdır".

Milli.Az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında Əməkdar artist Zemfira Sadıqova deyib.

O, bildirib ki, səhhəti ilə əlaqədar uzun müddətdir həyat yoldaşının məzarını ziyarət edə bilmir:

"46 ildir ki, Yusif bizimlə deyil. Onun sözlərini, zarafatlarını yada salırıq. Mən hazırda elə vəziyyətdəyəm ki, onun qəbrinin üstünə də gedə bilmirəm. 86 yaşım var, 3 aydan sonra 87 olacaq.

Yusiflə 15 il bir həyatı paylaşmışam. Amma onunla bağlı 15 ilə sığmayan xatirələrim var. Mən və övladlarım həmişə Yusifi sevgi və məhəbbətlə yad edirik. Mənim qızım deyir ki, onun atasını əvəz edən sənətkar hələ Azərbaycanda yoxdur. Mən də bu fikirlə razıyam. Onun kimi hərtərəfli sənətkar görmürəm. Onun elə səsi hər şeyə dəyərdi. Yeri gəlmişkən, qızım da incəsənət adamıdır, rəsmlər çəkir".

Əməkdar artist günlük qrafikindən də danışıb:

"Yaşım çoxdur, ev yığışdırmıram, xörək bişirmirəm. Bütün günü planşetdə xəbər oxuyuram, dünyadan xəbər tuturam. Daha sonra istədiyim film və verilişləri izləyirəm. Hətta planşetdə bədii əsər oxuyuram. Nəvələrim xaricdədirlər, zəng edirlər və onlarla söhbət edirəm. Dostlar, qohumlar hal-əhvalımı soruşurlar. Bir sözlə, darıxmıram".

Qeyd edək ki, Zemfira xanım milli kinomuza bir çox uğurlu obrazlar bəxş edib. Ancaq onu hər kəs daha çox "Dəli Kür"ün Mələyi və nəhəng aktyor, "Teymurləng", "Qurd Cəbrayıl" kimi rolların ifaçısı, mərhum Xalq artisti Yusif Vəliyevin həyat yoldaşı kimi tanıyır.Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
3
news.milli.az

10Источники