ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qazandığı İngiltərə Liqa Kubokunun sayına görə rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Squawka” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Qvardiola “Mançester Siti” ilə İngiltərə Liqa Kubokunu beşinci dəfə qazanaraq, tarixdə bu kuboku beş dəfə qazanan ilk məşqçi olub.
Qvardiola bu nəticə ilə hər biri dörd Liqa Kuboku qazanan Brayan Klaf, Aleks Ferqyuson və Joze Mourinyonu geridə qoyub.
Bundan əvvəl isə Qvardiola 2017/2018, 2018/2019, 2019/2020 və 2020/2021 mövsümlərində İngiltərə Liqa Kubokunu qazanıb.
Qeyd edək ki, “Mançester Siti” “Uembli” stadionunda keçirilən finalda “Arsenal”ı 2-0 hesabı ilə məğlub edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.