"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ən çox İngiltərə Liqa Kubokunu qazanan rekordçu olub.
Ölkə.az xəbər verir ki, o, tarixdə kuboku beş dəfə qazanan ilk məşqçidir. Qvardiola hər biri dörd Liqa Kuboku olan Brayan Klaf, Aleks Ferqyuson və Xose Mourinyonu geridə qoyub.
Qvardiola bundan əvvəl 2017/2018, 2018/2019, 2019/2020 və 2020/2021 mövsümlərində İngiltərə Liqa Kubokunu qazanıb.
Xatırladaq ki, "Mançester Siti" "Uembli" stadionunda keçirilən finalda Londonun "Arsenal" komandasını 2-0 hesabı ilə məğlub edib.(lent.az)