Prezident İlham Əliyev Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb.
"Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun", - Prezident deyib.