RU

48 saatdan sonra nə olacaq? Məqsəd İran əhalisi üçün dözülməz durum yaratmaq və...

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp İrana ultimatum verərək, ondan iki gün ərzində Hörmüz boğazını açmasını tələb edib: "Əgər İran bu andan etibarən 48 saat ərzində Hörmüz boğazını tam və təhdidsiz açmasa, Amerika Birləşmiş Ştatları ən böyüyündən başlayaraq müxtəlif elektrik stansiyalarına zərbə endirəcək və onları məhv edəcək". 

Buna cavab olaraq İran da ABŞ-ni və İsraili cavab zərbələri ilə hədələyib. Belə ki, İarnın “Tasnim” agentliyi Xatəm əl-Ənbiya hərbi komandanlığına istinadla bəyan edib ki, ABŞ İrandakı yanacaq və ya enerji infrastrukturuna hücum edərsə , İran da öz növbəsində Vaşinqton və onun regiondakı müttəfiqlərinin enerji, informasiya texnologiyaları və duzsuzlaşdırma infrastrukturuna hücum edəcək. Söhbət İsrailin dəniz suyunu duzsuzlaşdırma stansiyalarından gedir ki, bu da sözügedən ölkə üçün həyati əhəmiyyət kəsb edir.

Bəs Tramp “sözünün üstündə dursa”, 48 saatdan sonra nə baş verəcək?

“AzPolitika” xəbər verir ki, Qərb mətbuatında dərc edilən ekspert və analitiklərin rəyinə görə, ABŞ hücumlarının əsas hədəfi Tehran yaxınlığındakı güclü Damavand buxar-qaz elektrik stansiyası (2868 MVt) ola bilər.

Bu elektrik stansiyasının dağıdılması, digər nəticələrlə yanaşı, enerji böhranına səbəb olacaq. Belə ki, tək bu stansiyanın vurulması İranın ümumi enerji istehsalının 4%-nin itirilməsinə və ən əsası Tehranın elektrik enerjisinin kəsilməsinə gətirib çıxaracaq. Zəncirvari reaksiya nəticəsində elektrik şəbəkəsinin tezliyinin kəskin azalması digər stansiyaların da avtomatik olaraq bağlanmasına və ölkə miqyasında elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

İran həmçinin humanitar böhranla, xüsusən də su təchizatının, rabitənin və xəstəxana xidmətlərinin kəsilməsi ilə üzləşə bilər.

Analitiklər hesab edirlər ki, Trampın hərəkətləri İran rejimi üçün dözülməz şərait və bununla da iqtisadi çöküş fonunda əhali arasında böyük daxili narazılıq yaratmaq məqsədi daşıyır. Bu məqsədə nə dərcədə nail olunacağını isə zaman göstərəcək.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
69
50
azpolitika.info

10Источники