AZ

Zülfüqari: ABŞ və İsrailin regiondakı bütün obyektlərini vuracağıq

BAKI, 3 aprel. TELEQRAF

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampın İranın strateji infrastrukturuna hücumla bağlı hədələrinə cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti yayıb.

İ. Zülfüqari bildirib ki, əgər Donald Tramp İranın körpülərini və elektrik stansiyalarını hədəf almaq barədə təhdidləri reallaşarsa, Tehran Yaxın Şərqdəki bütün ABŞ və İsrail obyektlərinə dağıdıcı zərbələr endirəcək:

"ABŞ prezidentinin boş və təkrarlanan hədələrinə cavab olaraq bir daha xəbərdarlıq edirik: bu təhdidlər həyata keçirilərsə, İranın qüdrətli ordusu regiondakı mühüm obyektlərə və aktivlərə daha sərt və sarsıdıcı hücumlar edəcək".

İran rəsmisi həmçinin ərəb ölkələrinə müraciət edərək bildirib ki, öz infrastrukturlarına ziyan dəyməsini istəmirlərsə, ABŞ-ni öz ərazilərindən çıxmağa məcbur etməlidirlər:

"Ərazilərində ABŞ hərbi bazaları yerləşən region ölkələri zərərdən qaçmaq istəyirlərsə, amerikalıları mütləq öz ölkələrini tərk etməyə məcbur etməlidirlər".

Seçilən
39
50
teleqraf.com

10Mənbələr