Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri
Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Bütün Gürcüstanın
Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak etmək üçün
Gürcüstanda səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi verilən xəbərə görə, martın 22-də səhər saatlarında Tbilisidə Müqəddəs
Üçlük Kafedralında keçirilən mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın
başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və
ehtiramını Gürcüstan xalqına çatdırıb.
Tədbirdə Ekumenik Patriarx, eləcə də Gürcüstan
Prezidenti, Parlamentin sədri, Baş nazir və Gürcü Arzusunun Fəxri Sədri məbəddə
toplaşanlara müraciət ediblər.
Patriarxı son mənzilə yola salmaq üçün yürüş
Müqəddəs Üçlük Katedralından başlayıb və patriarxın cənazəsi xüsusi ehtiramla
Sioni Kafedralına doğru yola salınıb. Ölkə üzrə fəaliyyət göstərən bütün kilsələrdə
dəfn zəngləri çalınıb və yüz minlərlə insan küçələrə axışaraq patriarxa son
ehtiramlarını ifadə ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz
Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Baş
nazirin müavini Samir Şərifov və Milli Məclisin bir qrup deputatı daxildirlər.