AZ

II İliya dəfn edildi - YENİLƏNİB

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Müqəddəs Üçlük Kafedralında Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliyanın dəfn mərasimi keçirilib.


Manset.az xəbər verir ki, mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını Gürcüstan xalqına çatdırıb.

Tədbirdə Ekumenik Patriarx, eləcə də Gürcüstan Prezidenti, Parlamentin sədri, Baş nazir və Gürcü Arzusunun Fəxri Sədri məbəddə toplaşanlara müraciət ediblər.

Patriarxı son mənzilə yola salmaq üçün yürüş Müqəddəs Üçlük Katedralından başlayıb və patriarxın cənazəsi xüsusi ehtiramla Sioni Kafedralına doğru yola salınıb. Ölkə üzrə fəaliyyət göstərən bütün kilsələrdə dəfn zəngləri çalınıb və yüz minlərlə insan küçələrə axışaraq patriarxa son ehtiramlarını ifadə ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Baş nazirin müavini Samir Şərifov və Milli Məclisin bir qrup deputatı daxildirlər.

***

10:49

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.


Manset.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alır.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.

Xatırladaq ki, II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.

Patriarxla vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə müşayiət olunacaq.

II İlya bu gün saat 15-də Sioni Katedralında dəfn ediləcək.

Seçilən
82
29
manset.az

10Mənbələr