RU

Hidayət Heydərov Tbilisi “Böyük Dəbilqə” turnirində bürünc medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada İspaniyanı təmsil edən Anton Şuxaliyevə qalib gəlib.

Qeyd edək ki, Hidayət Heydərov 1/4 finalda Gürcüstanı təmsil edən Giorgi Loladzeyə uduzsa da, təsəlliverici görüşdə Giorgi Teraşviliyə qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanmışdı.

Digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.

Ötən gün isə Turan Bayramov (66 kq) gümüş medal qazanaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Избранный
52
25
90deqiqe.az

10Источники